Sabunçuda “Opel”, Qəbələdə sex yanıb

Sabunçuda “Opel”, Qəbələdə sex yanıb
# 22 noyabr 2021 09:05 (UTC +04:00)

Bakı şəhərinin Sabunçu rayonunda "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Qəbələ rayonunun Bum qəsəbəsində ümumi sahəsi 60 m² olan fəaliyyət göstərməyən birmərtəbəli taxta emalı sexinin (talvar tipli) taxtadan ibarət döşəməsi və içərisinə yığılan yonqar yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR