Samuxda azyaşlını maşın vurub

Samuxda azyaşlını maşın vurub
# 22 may 2021 23:18 (UTC +04:00)

Samuxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını 2009-cu il təvəllüdlü Nicat Qurbanovu vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR