Samuxda kafe sahibini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Samuxda kafe sahibini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
# 15 iyul 2021 09:49 (UTC +04:00)

Samuxda 28 yaşlı kişini öz kafesində bıçaqlayan şəxs tutulub.

APA-nın məlumatına görə, 1993-cü il təvəllüdlü Salmanov Seymur Mehman oğlunu bıçaqlayan S. Subhan Samux rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

***

23:24

Samuxda 28 yaşlı kişini öz kafesində bıçaqlayan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni yeniyetmə S.Sübhan törədib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Cinayəti törədən yeniyetmənin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.

***

22:17

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda yerləşən kafelərin birində qeydə alınıb.

1993-cü il təvəllüdlü Salmanov Seymur Mehman oğlu qarının kəsilmiş deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 28 yaşlı kişi öz kafesində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR