Şəkidə avtomobillər toqquşub, xəsarət alan var

Şəkidə avtomobillər toqquşub, xəsarət alan var
# 11 iyul 2021 19:09 (UTC +04:00)

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alan var.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 151-ci km-də baş verib.
1988-ci il təvəllüdlü, Şəki şəhəri sakini Məmmədzadə Xəyal Aydın oğlu idarə etdiyi “Nissan Sunny” markalı 99 XE 397 dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonundan Şəki şəhəri istiqamətində hərəkətdə olub. Bu zaman o, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan 1996-cı il təvəllüdlü, Şəki şəhəri sakini İskəndərov Fariz Kamran oğlunun idarə etdiyi “Vaz-21214” markalı 55 BR 141 dövlət qeydiyyat nişanlı avtomobili sol arxa hissəsindən vurub.

Qəza nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “Vaz-21214” markalı avtomobilin salonunda olan sərnişin 1999-cu il təvəllüdlü, Şəki şəhəri sakini Yusibova Nübar Etibar qızı Şəki Rayan Mərkəzi Xəstəxanasına daxil olub.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR