Şəmkirdə qəza olub, xəsarət alanlar var

Şəmkirdə qəza olub, xəsarət alanlar var
# 09 noyabr 2021 09:06 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını digər avtomobillə toqquşub. Qəza zamanı 1986-cı il təvəllüdlü İsgəndərov Gülşən Elçin qızı və 1989-cu il təvəllüdlü Əliyeva Aytən Elman qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR