Sumqayıtda itkin düşən yeniyetmə tapılıb - YENİLƏNİB - VİDEO

Elcan Quliyev

© APA | Elcan Quliyev

# 13 noyabr 2021 22:50 (UTC +04:00)

Sumqayıtda bu gün itkin düşən 13 yaşlı yeniyetmə tapılıb.

Bu barədə APA-ya itkin düşən Elcan Quliyevin atası Elmar Quliyev məlumat verib.

E. Quliyev deyib ki, Səbail Rayon Polis İdarəsindən zəng edərək oğlunun Bakıda Dənizkənarı Bulvar ərazisində aşkar olunduğu bildirilib

****

19.08

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda itkin düşən 13 yaşlı oğlanla məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Sumqayıt şəhəri, 12-ci kvartal adlanan ərazidə 13 yaşlı Quliyev Elcan Elmar oğlunun itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.

“Hazırda Elcan Quliyevin tapılması istiqamətində polis əməkdaşları tərəfindən intensiv-axtarış tədbirləri davam etdirilir”, - qeyd olunub.

***

saat 18:41

Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb.

APA-nın məlumatına görə, Sumqayıt şəhəri, 12-ci kvartal deyilən ərazidə yaşayan 13 yaşlı Elcan Quliyev bu gün 12:15 radələrində evdən çıxaraq repetitor yanına gedib.

Yeniyetmənin atası Elmar Quliyev APA-ya bildirib ki, günorta saat 13:00-da müəllim zəng edərək Elcanın gəlmədiyini deyib. Bir müddət sonra onun mobil telefonu əks istiqamətdə, 48-ci kvartal adlanan yerdə tapılıb.

Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (055) 258-39-01, (070) 422-91-94 əlaqə nömrələrinə zəng etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR