Sumqayıtda narkotacirlər tutulub - FOTO

Sumqayıtda narkotacirlər tutulub

© APA | Sumqayıtda narkotacirlər tutulub

# 20 oktyabr 2021 10:20 (UTC +04:00)

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində Ağcabədi şəhər qeydiyyatında olan, hazırda Sumqayıt şəhəri 8-ci mikrorayonda yaşayan 1993-cü il təvəllüdlü Tural Fərzəliyev saxlanılıb. Polis əməkdaşları tərəfindən T. Fərzəliyev şəhərin 5-ci mikrorayonunda saxlanılan zaman onun üzərindən 0,407 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Onun ətrafında aparılmış əməliyyat axtarış tədbirlərinin davamı olaraq narkotik vasitəni satan şəxsin Sumqayıt şəhər Corat qəsəbə sakini 1998-ci il təvəllüdlü Xanlar Şəvəqqətov olduğu müəyyən edilib. O, 6-cı mikrorayon ərazisində saxlanılan zaman üzəindən 4 bükümdə olan 0,628 qram narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Polis əməkdaşları isti izlərlə X. Şəvəqqətova narkotik satan şəxsi də müəyyən edə biliblər. Şəhərin 30-cu məhəlləsində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Neymət Qayıbov saxlanılıb. Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı ondan 5.069 qram heroin, 8 bükümdə ümumi çəkisi 0,280 qram olan metamfetamin və N. Qayıbovun mənzilində isə 197,871 qram heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Adları çəkilən şəxslərin hər biri istintaqa təqdim olunub.

Sumqayıt şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar bundan sonra da davam etdiriləcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR