Sumqayıtda qadın özünü altıncı mərtəbədən atıb

Sumqayıtda qadın özünü altıncı mərtəbədən atıb
# 21 oktyabr 2021 10:08 (UTC +04:00)

Sumqayıtda 30 yaşlı qadın özünü binadan atıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ərşad Kərimov küçəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Əliyeva Şəhla Cahid qızı özünü yaşadığı hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən ataraq intihar edib. İntiharın səbəbləri bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Ş. Əliyeva ailəli olub, 2 övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR