Sumqayıtda "Toyota" piyadanı vuraraq öldürüb

Sumqayıtda "Toyota" piyadanı vuraraq öldürüb
# 09 iyun 2021 01:48 (UTC +04:00)

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

"Toyota" markalı avtomobil yolu keçmək istəyən 64 yaşlı Cəfərov Çingiz Əkbər oğlunu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR