Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

© APA | Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

# 01 dekabr 2021 15:05 (UTC +04:00)

Tərtər rayon sakini olan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluq əməlini törətməkdə şübhəli bilinən, rayon sakinləri Çingiz Əliyev, Yadigar Rzayev və Nicat Cabbarov saxlanılıblar. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq fərdi yaşayış evindən təmir-tikinti alətləri və məişət əşyaları oğurladıqları müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR