Tovuzda piyadanı avtomobil vurub

Tovuzda piyadanı avtomobil vurub
# 03 iyul 2021 08:16 (UTC +04:00)

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-yerli bürosunun məlumatına görə, 1971-ci il təvəllüdlü Çimnaz Şirəliyeva yolu qarşı tərəfə keçmək istəyən zaman naməlum avtomobil onu vurub.

Qadın dərhal yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, 50 yaşlı qadını vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun tapılması istiqatimətində axtarışlara başlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR