Türkiyədə yanğınlar davam edir - FOTO - VİDEO

Muğlada yanğın

© APA | Muğlada yanğın

# 04 avqust 2021 18:12 (UTC +04:00)

Türkiyənin Muğla bölgəsində yanğınlar davam edir.

APA-nın Türkiyənin yanğın baş verən bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırda Muğlanın Menteşe, Çamlıbel, Yerküpü bölgəsi yanır.

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi istiqamətində işlər görülür. Əraziyə helikopter cəlb olunub.

Qeyd edək ki, hazırda Türkiyə və Azərbaycan Fövqəladə Hallar nazirliklərinin əməkdaşları 3 istiqamətdə - Muğla şəhərinin Kavaklıdərə, İlanlı, Menteşe və Çayhisar bölgəsində yanğınları söndürürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR