Ucarda maşın aşıb, ər və arvad xəsarət alıb - FOTO

Ucarda maşın aşıb, ər və arvad xəsarət alıb - FOTO
# 21 avqust 2021 10:27 (UTC +04:00)

Ucar rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1961-ci təvəllüdlü Şahid Şakir oğlu Məlikovun idarə etdiyi “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü Ş. Məlikov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Mətanət Ənvər qızı Məlikova xəsarət alıblar.

Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR