Ukraynanın Baş prokuroru helikopter qəzasına görə Kamran Əliyevə başsağlığı verib

İrina Venediktova

© APA | İrina Venediktova

# 01 dekabr 2021 15:06 (UTC +04:00)

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada işgüzar səfərdə olub.

APA-nın məlumatına görə, iki ölkənin Baş prokurorları arasında ikitərəfli görüş keçirilib.

Görüş əsnasında Ukraynanın Baş prokuroru İrina Venediktova noyabrın 30-da ölkəmizdə baş vermiş helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR