Vətən müharibəsi dövründə ermənilərin törətdiyi cinayətlərlə bağlı 68 cinayət işi başlanıb

Baş Prokurorluqda əməliyyat müşavirəsi

© APA | Baş Prokurorluqda əməliyyat müşavirəsi

# 23 iyul 2021 15:02 (UTC +04:00)

İyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya vertilən məlumata görə, əməliyyat müşavirəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq tədbirlərinin davam etdirildiyi vurğulanıb, toplanmış sübutlarla təqsiri müəyyən edilmiş şəxslərin beynəlxalq və ölkədaxili mexanizmlərdən istifadə olunmaqla məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlərin icrasının davam etdirildiyi diqqətə çatdırılıb.

Müşavirədə, həmçinin, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə 68 cinayət işi üzrə ibtidai istintaqın aparıldığı, həmin işlər üzrə 8 şəhər, 10 qəsəbə və 519 kəndə baxış keçirildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR