Xaçmazda tanışını bışaqlayan şəxs könüllü polisə təslim olub

Xaçmazda tanışını bışaqlayan şəxs könüllü polisə təslim olub
# 28 sentyabr 2021 10:30 (UTC +04:00)

Sentyabrın 25-də rayon sakini Teymur Mustafayevin bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğunda məlumat daxil olub.

Xaçmaz Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərşəkmişin tanışı Neman Rəhmətullayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Mustafayevi bıçaqla 5 zərbə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sentyabrın 26-da Neman Rəhmətullayev könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR