Xızıda “Yaşma Quşçuluq” MMC-nin əməkdaşı iş yoldaşını qətlə yetirib - YENİLƏNİB - VİDEO

Xızıda “Yaşma Quşçuluq” MMC-nin əməkdaşı iş yoldaşını qətlə yetirib - YENİLƏNİB  - VİDEO
# 03 noyabr 2021 16:50 (UTC +04:00)

Prokurorluq Xızıda baş verən qətllə bağlı məlumat yayıb.

Xızı rayon prokurorluğundan APA-ya verilən məlumata görə, noyabrın 3-ü saat 09 radələrində Xızı rayonu ərazisində yerləşən “Yaşma Quşçuluq” MMC-nin ətraf mühafizəsində işləyən 1999-cu il təvəllüdlü Sərxan Mirzəbabayevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Həyata keçirilmiş istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı, onunla eyni vəzifədə işləyən 1998-ci il təvəllüdlü Şəhriyar Salahlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərxan Mirzəbabayevin döş qəfəsinin ön səthinin sol yarısına bıçaqla bir neçə xəsarət yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəhriyar Salahlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd olunub ki, Baş Prokuror Kamran Əliyevin 20 oktyabr 2021-ci il tarixli əmri ilə Rahim Səfəralıyev Xızı rayon prokuroru vəzifəsinə təyin edilib.

***

11.24

Xızı rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xızı rayonunda yerləşən “Yaşma Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində baş verib. Belə ki, orada mühafizəçi işləyən Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Mirzəbabayev Sərxan Oktay oğlu aralarında düşən mübahisə zəminində iş yoldaşı tərəfindən bıçaqlanıb. S. Mirzəbabayev aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR