Xocavənddə polis əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb - VİDEO

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 10 oktyabr 2021 13:00 (UTC +04:00)

Xocavənddə polis əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilir ki, oktyabrın 10-da saat 02 radələrində 1998-ci il təvəllüdlü Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin meyitinin Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna getmiş və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb.
Faktla bağlı hazırda Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR