Yevlaxda oğurluq edən şəxslər saxlanılıb

Yevlaxda oğurluq edən şəxslər saxlanılıb
# 02 oktyabr 2021 11:49 (UTC +04:00)

Yevlax sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl zinət-əşyalarının oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Hüseyn Mahmudov saxlanılıb. Digər şübhəlinin isə şəxsiyyəti müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir. Araşdırmalarla onların 2 ədəd qızıl üzük, qızıl sırğa, boyunbağı və digər əşyalar oğurlamaqla vətəndaşa 3000 manat dəyərində ziyan vurduqları müəyyən edilib.

Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraməmmədli kəndinin ərazisindəki evlərin birindən oğurluq edən şəxslər də saxlanılıb. Araşdırmalarla cinayət əməlini törədənlərin Elşən Nuriyev və Zamin Fərəcov olduğu müəyyən edilib. Onlar evdən cərəyan aparatı, təmir alətləri və məişət əşyaları oğurlayaraq vətəndaşa 1600 manat dəyərində ziyan vurublar.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR