Zərdabda narkotik dövriyyəsinə görə iki qardaş tutulub

Saxlanılan şəxslər

© APA | Saxlanılan şəxslər

# 26 noyabr 2021 11:43 (UTC +04:00)

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Elməddin Qəribov saxlanılıb. Onun avtomobilinə baxış keçirilən zaman marixuana aşkar edilib. Aşkar edilən narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR