Abşeronda mənzildən 6 min manatlıq oğurluq olub

Abşeronda mənzildən 6 min manatlıq oğurluq olub
# 19 oktyabr 2020 12:35 (UTC +04:00)

Abşeronda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də rayon ərazisindəki evlərin birindən 780 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qəhrəmanov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR