Ağcabədi sakini kanalda batıb

Ağcabədi sakini kanalda batıb
# 23 iyun 2020 09:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsər oğlunun batması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR