Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
# 29 iyul 2020 13:05 (UTC +04:00)

Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, iyulun 28-də saat 23 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Muğanlı kənd sakini Z. Talıbov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Xəyal Səlimovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR