Bakıda 4 avtomobil toqquşub, 3 nəfər ağır xəsarət alıb - FOTO

Bakıda 4 avtomobil toqquşub, 3 nəfər ağır xəsarət alıb - FOTO
# 18 aprel 2021 23:05 (UTC +04:00)

Bakının Nərimanov rayonunda 4 avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, “Bağırov körpüs”ü kimi tanınan tuneldə qeydə alınıb.

Prospektlə hərəkətdə olan 2 "Toyota", "Opel", "Daewoo" markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 1-i ağır olmaqla, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza səbəbindən yolun hər iki istiqamətində sıxlıq yaranıb.

Əraziyə DYP və təcili tibbi yardım briqadaları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR