Bakıda intiharın qarşısı alınıb

Bakıda intiharın qarşısı alınıb
# 28 avqust 2020 08:41 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR