Bakıda ödəmə terminalından 3 min manatdan artıq oğurluq edilib

Bakıda ödəmə terminalından 3 min manatdan artıq oğurluq edilib
# 16 dekabr 2020 13:04 (UTC +04:00)

Bakıda ödəmə terminalından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-nə keçən gecə rayon ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından 3438 manat pul oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini M.Lətifov saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR