Baş Prokurorluğun Instagram səhifəsində sual-cavab sessiyası keçiriləcək

Baş Prokurorluğun Instagram səhifəsində sual-cavab sessiyası keçiriləcək
# 26 avqust 2020 10:40 (UTC +04:00)

Avqustun 21-də Baş Prokurorluğun Instagram sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun Instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də, saat 09:00-dan 13:00-dək keçiriləcək.

Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR