Cəlilabadda yol-nəqliyyat hadisəsində xəsarət alan sürücülərin kimliyi məlum olub - YENİLƏNİB

Cəlilabadda yol-nəqliyyat hadisəsində xəsarət alan sürücülərin kimliyi məlum olub - YENİLƏNİB
# 27 may 2020 22:04 (UTC +04:00)

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsində xəsarət alan sürücülərin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 15-BJ-114 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobilin sürücüsü Masallı rayon Gəyəçöl kənd sakini, 1994-cü il təvəllüdlü Müşviq Cəmşid oğlu Almaslı, 99-LH-520 dövlət nömrə nişanlı "İsuzu"nun sürücüsü, Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Arzuman oğlu Əzimzadədir.

"İsuzu"nun sürücüsünün vəziyətinin ağır olduğu bildirilir.

***

20:37

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"KamAZ" ilə "İsuzu" markalı yük avtomobilləri toqquşub. Nəticədə 3 nəfər - hər iki maşının sürücüləri və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR