FHN: Kran aşan əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub

FHN: Kran aşan əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub
# 04 sentyabr 2020 14:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb: "Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.

Əlavə məlumat veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR