Gəncədə maşının vurduğu piyadalardan biri ölüb - FOTO

Gəncədə maşının vurduğu piyadalardan biri ölüb - FOTO
# 16 sentyabr 2020 22:45 (UTC +04:00)

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yolu keçmək istəyən 2 piyadanı "Volsvagen Passat" markalı maşın vurub. Onlardan biri - Bağırov Bəxtiyar Rasim oğlu hadisə yerində ölüb, digər piyada Qurbanov Qədim Aqil oğlu isə yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR