Lənkəran sakinini elektrik cərəyanı vuraraq öldürüb

Lənkəran sakinini elektrik cərəyanı vuraraq öldürüb
# 17 avqust 2020 18:39 (UTC +04:00)

Lənkəranda ehtiyatsızlıq ölümlə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Şilavar kəndində qeydə alınıb.

Xeyrulla Qüdrət oğlu Əsədullayev övladının evində təmir işləri apararkən ehtiyatsızlıqdan elektrik cərəyanı onu vurub. Yaxınları X.Əsədullayevi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də, onun vəfat etdiyi məlum olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR