Rusiyada qətl törətməkdə ittiham olunan azərbaycanlı axtarışa verilib

#
# 11:55
27 aprel 2021

25.10.2015-ci tarixdə Rusiya Federasiyasının İstintaq Komitəsinin Tatarıstan Respublikası İstintaq İdarəsinin Aznakayevski rayonlararası İstintaq Bölməsində Zaqirova Rasima Zakirovnanın ölümü faktı üzrə başlanıb və Məmmədov Əlövsət Novruz oğlunun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilməsinə dair cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Ucar rayon prokurorluğundan APA-ya verilən məlumata görə, 26.04.2021-ci il tarixdə Ucar rayon prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilib və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

Hazırda 09.01.1965-ci il tarixdə Ucar rayonu Qardağlı kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Əlövsət Məmmədovun istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR