Saatlı sakinindən odlu silah götürülüb

#
# 11:07
17 aprel 2021

Saatlı rayon sakinində qanunsuz odlu silah aşkar edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mustafabəyli kənd sakini Surxay İbrahimovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı  araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR