Sabunçuda mərasim keçirilməsinin qarşısı alınıb - FOTO

Sabunçuda mərasim keçirilməsinin qarşısı alınıb - FOTO
# 30 avqust 2020 15:52 (UTC +04:00)

Avqustun 30-da paytaxtın Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar müxtəlif ünvanlarda toplaşdıqları müəyyən edilmiş və onlar ərazidə xidmət aparan Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər.

Sabunçu RPİ-dən APA-ya verilən məlumata görə, onlarla izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 24 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR