Siyəzəndə quşçuluq fabriki, Sabirabadda ev yanıb

Siyəzəndə quşçuluq fabriki, Sabirabadda ev yanıb
# 01 may 2021 04:12 (UTC +04:00)

Siyəzən rayonunun Beşdam kəndində, quşçuluq fabrikinin ərazisində ümumi sahəsi 1000 m² olan dəmir konstruksiyalardan ibarət sexin şüşə-pambıqdan ibarət üzlüyü 700 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, sexin qalan hissəsi və digər sexlər yanğından mühafizə olunub.

Sabirabad rayonunun Türkədi kəndində isə ümumi sahəsi 160 m² olan birmərtəbəli evin 1 otağında divan və kreslo qismən yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 4 m² sahədə qarsalanıb. Ev yanğından mühafizə olunub.

Hər iki yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR