Şəkidə həmkəndlisinin təsərrüfatını yandıran şəxs tutulub - FOTO

Şəkidə həmkəndlisinin təsərrüfatını yandıran şəxs tutulub - FOTO
# 17 avqust 2020 12:46 (UTC +04:00)

Şəki ŞRPŞ-yə müraciət edən Kiçik Dəhnə kənd sakini T.Baqiyev avqustun 15-də saat 22 radələrində kənd ərazisində ona məxsus yardımçı təsərrüfatın qəsdən yandırılması nəticəsində 1500 ədəd ot bağlamasının yanmasını, 1 ulaq və 70 ev quşunun tələf olmasını bildirib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş S.Yusifov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR