Şəkidə qadını şantaj edən şəxs tutulub

Şəkidə qadını şantaj edən şəxs tutulub
# 05 may 2021 11:39 (UTC +04:00)

Şəkidə qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən gənc qadın mayın 3-də tanışının onun şəkil və videolarını sosial şəbəkədə yayacağı ilə hədələyib qızıl bilərzik və üzüyünü aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Birinci Biləcik kənd sakini T.Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR