Tovuzda minik maşını aşıb, 4 nəfər xəsarət alıb

#
# 08:04
21 aprel 2021

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şamlıq kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Şamlıq kənd sakini  2002-ci il təvəllüdlü Mustafayev Nağı Xalıxverdi oğlu, onun qardaşı 1998-ci il təvəllüdlü  Mustafayev Vüsal Xalıxverdi oğlu, Çataq kənd sakini 2003-ci il təvəllüdlü Xəlilov Tanrıverdi Elxan oğlu və Yanıqlı kənd sakini 1986-cı il təvəllüdlü Qarayev Gündüz Vaqif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR