Yevlaxda bir neçə mənzildə yanğın olub

#
# 09:21
20 aprel 2021

Yevlax şəhərində bir neçə mənzildə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 50 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 60 m² olan (hər mərtəbəsi 30 m²) ikimərtəbəli evin dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 10 m² sahədə, bitişik ümumi sahəsi 450 m² olan ikimərtəbəli kommunal tipli binanın dam örtüyü 180 m² sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 56 m² olan mənzilin yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Evin, binanın qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR