Yevlaxın Əkşəm kəndini sel basıb

Yevlaxın Əkşəm kəndini sel basıb
# 23 avqust 2020 12:30 (UTC +04:00)

Yevlağın Əkşəm kəndini sel basıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, səhər saatlarından etibarən Əkşəm kəndinə yağan aramsız yağış fəsadlar yaradıb.

Gülövşə- Əkşəm su kanalı, eləcə də kəndin daxili su arxının daşması selə yol açıb. Kənd arası yolları, həyətləri, məktəbi və digər təsərrüfatları su basıb.

Sel kənd sakini Duman İsmayılovun həyətyanı daş hasarının bir hissəsini də uçurub. Kənd arasında vəziyyətin normallaşdırılması üçün bəzi maşın mexanizmlər cəlb olunub.

Qeyd edək ki, qonşu kəndlərdə də leysan yağışlar həyət və təsərrüfatlara ziyan vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR