DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib

#

© APA | Daxili İşlər Nazirliyi

# 16:01
17 may 2021

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı növbəti dəfə vətəndadşlara xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq icazə olmadan nəzarət postlarından kənar yollarla həmin ərazilərə keçmək istəyənlər olur.

Qeyd edilib ki, vətəndaşlardan təhlükənin mövcudluğunu nəzərə alaraq müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələri xahiş olunur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR