Şəkidə 1 ton 500 kiloqram narkotik bitki məhv edilib

#
# 10:18
18 may 2021

Şəkidə 1 ton 500 kiloqram narkotik vasitə məhv edilib. 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 1 ton 500 kiloqram olan 17880 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR