Akar: "Sabitliyə doğru vacib addımların atıldığını böyük məmnuniyyətlə müşahidə edirik"

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar

© APA | Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar

# 09 noyabr 2021 12:28 (UTC +04:00)

“30 noyabrda (2020-ci il) Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə görüşümüzdə Monitorinq Mərkəzi ilə bağlı razılığa gəldik. Təbii ki, bu, Azərbaycanla sıx iş birliyi nəticəsində oldu”.

APA-nın məlumatına görə, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib.

O deyib ki, bunun nəticəsində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb: “Bu mərkəzin vəzifəsi və sərhədi bəllidir. Zaman-zaman bir sıra təşəbbüslərlə yanaşı, dəyərli qardaşım, Azərbaycanın müdafiə naziri Zakir Həsənov çox qətiyyətli şəkildə lazımi düzəlişləri edir, lazımi fikirləri ortaya qoyur. Mərkəzin müəyyən edildiyi çərçivədə işləməsi üçün səy göstərilir. Oradakı məqsədimiz atəşkəsin davamlılığı, atəşkəslə birgə bölgəyə sabitliyin gətirilməsidir. Bu məsələdə biz ciddiyətimizi, səmimiyyətimizi, dostluğumuzu ortaya qoymuşuq və qoyuruq. Burada hər hansı bir kənaraçıxma yoxdur. Orada təbii ki, təkcə Rusiya və Türkiyə deyil, azərbaycanlı qardaşlarımız da inzibati və təhlükəsizliklə bağlı fəaliyyətin davam etməsi üçün çox ciddi səy göstərirlər. Atəşkəsin ciddi şəkildə davam etdiyini, pozuntuların azaldığını və sabitliyə doğru vacib addımların atıldığını böyük məmnuniyyətlə müşahidə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR