Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində finala çıxıb

Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində finala çıxıb
# 02 sentyabr 2021 13:19 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Rusiyanın Moskva şəhərində keçirilən “Tank biatlonu” müsabiqəsində mübarizə aparan Azərbaycan tankçıları finala vəsiqə qazanıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Azərbaycan tankçıları sentyabrın 4-də Alabino poliqonunda keçiriləcək müsabiqənin final mərhələsində Rusiya, Çin və Qazaxıstan tankçıları ilə mübarizə aparacaq.

Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR