Azərbaycan hərbçilərinin “Tank biatlonu”nun yarımfinalındakı rəqibləri bilinib - FOTO

Azərbaycan hərbçilərinin “Tank biatlonu”nun yarımfinalındakı rəqibləri bilinib - FOTO
# 30 avqust 2021 14:54 (UTC +04:00)

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Patriot Hərbi-Vətənpərvər Mədəniyyət və İstirahət Parkında “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinin püşkü atılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, püşkatma mərasimi Ordu Muzeyində baş tutub.

Fərdi ekipaj yarışlarının nəticələrinə görə, Azərbaycan, Belarus, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Serbiya və Özbəkistan yığmaları birinci divizionun yarımfinalında birgə mübarizə aparacaqlar.

Qırğızıstan, Laos, Myanma və Tacikistan hərbçiləri ikinci divizionda mübarizə aparacaqlar.

Püşkatmanın nəticələrinə görə, avqustun 31-də keçiriləcək birinci yarımfinalda əvvəlcə ikinci divizionda mübarizə aparacaq Qırğızıstan və Tacikistanın tankçıları çıxış edəcəklər. Daha sonra isə “Tank biatlonu” trassına birinci divizionun komandaları çıxacaq.

Yarımfinal yarışlarında cəmi 13 komanda mübarizə aparacaq. 31 avqustda Azərbaycan tankçıları qırmızı, Qazaxıstan yaşıl, Rusiya mavi, Çin isə sarı rəngli tankda hərəkət edəcək.

Finala çıxacaq dörd komanda 31 avqust və 1 sentyabrda müəyyənləşəcək.

İkinci divizionun ən yaxşı komandaları 3 sentyabrda ən güclü tank heyətini müəyyənləşdirəcək.

Final sentyabrın 4-də “Beynəlxalq Ordu Oyunları-2021”nın bağlanış günü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR