Azərbaycan hərbiçiləri "Efes-2022" təliminin planlama konfransında iştirak edib

Azərbaycan hərbiçiləri "Efes-2022" təliminin planlama konfransında iştirak edib
# 06 noyabr 2021 19:52 (UTC +04:00)

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” beynəlxalq təliminin planlama konfransında iştirak edib.

Azərbaycan Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, beynəlxalq təlimdə iştirak edəcək ölkələrin nümayəndə heyətləri ilə keçirilən konfransda təlimə hazırlıq məsələləri və icra olunacaq tapşırıqlar müzakirə olunub.

“Efes-2022” beynəlxalq təliminin qərargahların kompüter dəstəkli və bölmələrin döyüş atışlı taktiki təlimlərindən ibarət iki mərhələdə keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR