Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlimlərində döyüş manevrləri üzrə tapşırıqlar icra olunub - VİDEO

"TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri

© APA | "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri

# 13 sentyabr 2021 17:03 (UTC +04:00)

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimdə Vətən müharibəsində qazanılan təcrübə qardaş ölkənin hərbi pilotları ilə birgə təhlil olunaraq müxtəlif senarilər üzrə məşq etdirilir.
Senarilərə əsasən hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR