DSX erməni təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatı təkzib edib

Dövlət Sərhəd Xidməti

© APA | Dövlət Sərhəd Xidməti

# 31 may 2021 09:44 (UTC +04:00)

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətindən APA-ya bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR