“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO

“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi

© APA | “Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi

# 06 dekabr 2021 17:28 (UTC +04:00)

Dekabrın 6-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Gənc zabitlər də, öz növbəsində, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.
Sonda gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR