Ermənistan dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri açıqlamağa başlayıb

Ermənistan dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri açıqlamağa başlayıb
# 19 noyabr 2021 10:47 (UTC +04:00)

Ermənistan noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri açıqlamağa başlayıb.

APA xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu günə olan məlumata görə, sərhəddəki döyüşlərdə 6 hərbçinin öldüyünü açıqlayıb.

Nazirlikdən ölənlərin baş leytenant Taron Saakyan, müqaviləli hərbi qulluqçular Merujan Arutunyan, Qurqen Sarkisyan, Artur Martirosyan və David Əmiryan olduğu bildirilib.

Daha bir hərbçinin kimliyi dəqiqləşdirilir.

Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya tərəfinin vasitəçiliyi və iştirakı ilə itkin düşmüş şəxslərin müəyyən edilməsi və əsirlərin qaytarılması istiqamətində intensiv işlər davam etdirilir.

Qeyd edək ki, daha əvvəl Ermənistan Müdafiə Nazirliyi döyüşlərdə bir nəfərin - Merujan Arutunyanın ölməsi, 13 hərbçinin əsir götürülməsi, 24 hərbçinin isə itkin düşməsi barədə məlumat yaymışdı.

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 hərbçisi yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR